Dünya

Gürcüstanda Saakaşviliyə görə mitinqlər başlayır

Bu gün Gürcüstan müxalifəti keçmiş prezident Mixail Saakaşvilinin müdafiəsi üçün genişmiqyaslı aksiyalar keçirəcək.

Jamaz.info xəbər verir ki, Gürcüstan mətbuatının məlumatına görə, paytaxt Tbilisi də daxil olmaqla, ölkənin bütün iri şəhərlərində etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.

Müxalif “Vahid Milli Hərəkat” Partiyasının rəhbəri Nika Melia siyasi baxışından asılı olmayaraq hər kəsi mitinqlərdə iştirak etməyə çağırıb.

Xatırladaq ki, Saakaşvilinin vəkilləri və hüquq müdafiəçiləri onun 2021-ci ildə həbsindən sonra Gürcüstanın keçmiş prezidentinin səhhətinin nəzərəçarpacaq dərəcədə pisləşdiyini bildirirlər. Tbilisi Şəhər Məhkəməsində dinləmələr davam edir. Saakaşvilinin komandası eks-prezidentin xaricdə müalicə ala bilməsi üçün onun azadlığa buraxılmasını və ya məhkəmənin təxirə salınmasını tələb edir.

Bundan əvvəl Gürcüstan hakimiyyəti Saakaşvilinin müalicə olunduğu klinikadan video yayımlayıb və qeyd edib ki, siyasətçi özünü xəstə kimi göstərərək ictimaiyyəti çaşdırmağa çalışır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button