Dünya

Gürcüstanda baş verənlərdən narahatıq – Şarl Mişel

“Gürcüstanda baş verən hadisələrdən çox narahatıq”.

Jamaz.info xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviter hesabında yazıb.

O bildirib ki, istənilən dinc etiraz hüququ demokratiyanın əsasını təşkil edir: “Qanunun aliliyinə və insani dəyərlərə sadiqlik Avropa İttifaqı layihəsinin açarıdır”.

Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button