Dünya

Gürcüstan prezidenti ölkəyə gələn rusları təhlükə hesab edir

Gürcüstan prezidenti Salome Zurabişvilinin bildirib ki, Rusiya vətəndaşlarının ölkəyə nəzarətsiz daxil olması təhlükə yarada bilər. Onun fikrincə, Rusiya rəhbərliyi Gürcüstanda rusdillilərin lazımi səviyyədə qorunmadığını söyləyə bilər.
Jamaz.info xəbər verir ki, Zurabişvili bu barədə CNN telekanalına müsahibəsində bildirib.
O, qeyd edib ki, respublikaya gələn Rusiya vətəndaşlarına nəzarət edilməlidir: “Biz onların kim olduğunu bilmədən bir çox rusun Gürcüstan ərazisinə daxil olmasına icazə verə bilmərik. Biz bilirik ki, Rusiya rusdillilərin lazımi səviyyədə müdafiə olunmadığını düşünürsə, hansı təhlükələrə əl atır. Bu, Rusiyanın müdaxiləsinə səbəb ola bilər”.
Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü ilin birinci rübündə ölkəyə 220 mindən çox rusiyalı səfər edib. Bu, 2022-ci illə müqayisədə 4 dəfədən çoxdur. Ruslar Gürcüstana səfər edən əcnəbilər arasında birinci yeri tutur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button