Dünya

Güclü zəlzələ oldu

Rusiyanın Petropavlovsk-Kamçatski şəhərindən 44 kilometr aralıda 6,9 bal gücündə zəlzələ qeydə alınıb.

Jamaz.info xəbər verir ki, bu barədə Kamçatka diyarının Fövqəladə Hallar Nazirliyinin ərazi idarəsinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunur ki, zəlzələ ocağı Avaçi körfəzində 100 kilometr dərinlikdə olub.
Hadisə şahidlərinin sözlərinə görə, yeraltı təkanlar zamanı Petropavlovsk-Kamçatski şəhərinin sakinləri küçələrə axışıblar, bəzi mağazaların rəfləri yararsız hala düşüb.
Hazırda Petropavlovsk-Kamçatski şəhərinin binalarına baxış keçirilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button