Dünya

G7 ölkələri Ukraynada korrupsiya ilə mübarizəni vacib hesab edir

Ukraynaya artan xarici yardım fonunda korrupsiya ilə mübarizə vacibdir.

Jamaz.info “Yevropeyskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə “Böyük Yeddiliy”in(G7) səfirlərinin NAPC rəhbəri Aleksandr Novikovla görüşündə danışılıb.

“Biz xarici yardımın artırılması kontekstində və Ukraynanın yenidən qurulması zamanı korrupsiyaya qarşı mübarizənin kritik əhəmiyyətini vurğuladıq”, – deyə Yaponiyanın Səfirlər Qrupuna sədrliyi “Twitter” hesabında məlumat verib.

Xatırladaq ki, Ukrayna hakimiyyətində son istefalar dalğasından sonra Aİ Ukrayna hakimiyyətinin yüksək vəzifəli məmurlara qarşı korrupsiya ittihamlarını ciddi qəbul etməsi faktını alqışlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button