Dünya

Fransız admiral: “Rusiya tanklarının 60 faizini, 310 min əsgərini, artilleriyasının 20 faizini, ZTR-lərinin isə 40 faizini itirib”

Avropa İttifaqının hərbi missiyasının komandiri admiral Herve Blejan Fransa Milli Assambleyasının deputatları qarşısında çıxışı zamanı bəyan edib ki, müharibə başlayandan noyabr ayına kimi Rusiya ümumi döyüş tanklarının 60%-ni itirib.

Həmin müddətə qədər ruslar həmçinin 60 min əsgərlərindən də məhrum olublar. “Bu isə o deməkdir ki, 250 minə yaxın rus əsgəri hazırda döyüşmək iqtidarında deyil”.

Admiral əlavə edib ki, Ukrayna tərəfinin itkilərini qiymətləndirmək daha çətindir. O hesab edir ki, onlar Rusiya tərəfindən azdır, lakin say baxımından əhəmiyyətlidir. “Rusiya tank arsenalının 60%-ni itirib. eləcə də raketlərin 70%-i quru hədəflərini vurmağa yararlıdır. Buna görə də, o, indi müvafiq dəqiqlik problemləri ilə quru hədəflərini vurmaq üçün zenit raketlərindən istifadə edir. Həmçinin İran və Şimali Koreyadan avadanlıqların tədarükünə arxalanır”

O bildirib ki, Pxenyanın tədarükünün xarakterini qiymətləndirmək çətindir. Lakin İran artıq Rusiyanı pilotsuz uçuş aparatları ilə təmin edib, orta mənzilli ballistik raketlərin ötürülməsi ilə bağlı danışıqlar aparılır.

Blejan həmçinin onu da vurğulayıb ki, Rusiyanın itkiləri bununla yekunlaşmır. Onun sözlərinə görə, ötən ilin noyabrına kimi, Rusiya zirehli personal daşıyıcılarının 40%-ni və artilleriyasının 20%-ni itirib.

O, 2023-cü ilin yazında Ukraynanın aktiv hücum əməliyyatlarını bərpa edəcəyini proqnozlaşdırıb. Admiral qeyd edib ki, bunun üçün Kiyev təxminən 75 min nəfərdən ibarət üç yeni ordu korpusu yaratmalıdır ki, bu da “təxminən Fransa Ordusunun quru əməliyyat qrupunun sayına bərabərdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button