Dünya

Fransadan Ermənistana RƏDD CAVABI

Fransa rəsmiləri Zəngəzur vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanı Ermənistana ekstradisiya etməkdən imtina edib.

Jamaz.info xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, istintaq zamanı Xaçatryanın Fransada olması müəyyən edilib. Bunun ardınca onun ekstradisiya olunması barədə rəsmi Parisə müraciət göndərilib. Lakin Fransa Ermənistanın müraciətini rədd edib.

Qeyd edək ki, 2019-cu ildə S.Xaçatryana qarşı ittiham irəli sürülüb və o, axtarışa verilib. Keçmiş qubernator vəzifə öhdəliklərindən sui-istifadədə və vəzifəsi ilə bağlı saxtakarlıqda ittiham olunur.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button