Dünya

Fransa İstanbuldakı Baş Konsulluğu dayandırdı

Fransanın İstanbuldakı Baş Konsulluğu işləri dayandırıb.

Jamaz.info xəbər verir ki, bu, oxşar addım atan beşinci ölkədir.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu cümə axşamı ABŞ-ın terror aktları təhlükəsi ilə bağlı bəyanatları fonunda bir sıra Avropa ölkələrinin İstanbuldakı konsulluqlarını bağlamasını ölkəyə qarşı “psixoloji müharibə” adlandırıb.

“Fransanın İstanbuldakı Baş Konsulluğu 2 fevral və 3 fevral tarixlərində ictimaiyyət üçün bağlıdır. İnzibati məsələlərlə bağlı bizimlə elektron poçtla əlaqə saxlaya bilərsiniz”, – konsulluq bəyan edib.

Bundan əvvəl İsveç, Niderland, Böyük Britaniya və Almaniyanın İstanbuldakı baş konsulluqları şəhərin mərkəzində terror aktları təhlükəsi səbəbindən ziyarətçilərin qəbulunu dayandırdıqlarını bildirib.

ABŞ səfirliyi bazar ertəsi öz vətəndaşlarına İstanbulun mərkəzində terror aktları təhlükəsi barədə xəbərdarlıq edib. Hədəflərin İstanbuldakı kilsələr, sinaqoqlar, diplomatik nümayəndəliklər və ya əcnəbilər arasında məşhur olan digər yerlər, xüsusən də İstanbulun Beyoğlu, Qalata, Taksim, İstiqlal küçəsi olduğu bildirilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button