Dünya

Ermənistanın dövlət borcu kritik həddə çatıb

Ermənistanda son 12 ildə dövlət borcları 5 dəfəyədək artıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Sputnik” nəşri məlumat yayıb.

Həmin məlumata görə, Ermənsitanın dövlət borcu ötən il onun ÜDM-nin 63,5 faizini təşkil edib.

Tanınmış iqtisadçı, ADR Hərəkatının sədri Qubad İbadoğlu bildirib ki, bu o deməkdir ki, artıq Ermənistanda dövlət  borcu təhlükəli fazaya daxil olub.

Onun sözlərinə görə, Ermənistanın dövlət borcu ötən il daha sürətlə artaraq ilin əvvəlindən 6,8 milyard dollardan ilin sonuna 8,1 milyard dollara yüksəlib, ÜDM-də faizi isə 13,4 faiz qalxıb. Hərəkat lideri hesab edir ki, buna səbəb həmçinin ötən il Ermənistanın ÜDM-nin 7,6 faiz aşağı düşməsidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button