Dünya

Ermənistanın da casus proqramlardan istifadə etdiyi üzə çıxdı

“Facebook” digər ölkələrlə yanaşı, Ermənistanın da casus proqramlardan istifadə etdiyini bildirib. Təxminən 50 min jurnalist, hüquq müdafiəçisi, siyasətçi və digər şəxslər həmin casus proqramınıın qurban ola bilər.
“Facebook”u, “İnstagram”ı və “WhatsApp”-ı idarə edən “Meta” şirkəti zərərli casus proqramı yayan 1,5 minə yaxın saxta hesabı silib. “Meta” şirkəti, dövlətlərin və ya şəxslərin tələbi ilə istifadəçilərə casusluq etmək üçün sosial şəbəkə saytlarından istifadə edən yeddi şirkət haqqında məlumat verib. Onlardan biri Şimali Makedoniyadan Cytrox, Hindistandan BellTrox, dörd şirkət isə İsraildən və biri Çindəndir.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Casus şirkətlər mütəmadi olaraq Ermənistanda siyasətçiləri, hüquq müdafiəçilərini, jurnalistləri və müxalifət ailələrinin üzvlərini izləyib. Dekabrın 16-da “Meta” şirkəti dünyanın 100-dən çox ölkəsindən olan 50 000-ə yaxın insanın hesablarını sındırmaq cəhdləri barədə xəbərdarlıq etməyə başlayıb. “Meta” hesabatında casusluq xidmətlərindən istifadə edən 10-dan çox ölkənin siyahısı verilib. Bunlara Misir, Ermənistan, Yunanıstan, Səudiyyə Ərəbistanı, Oman, Kolumbiya, Almaniya, Yeni Zelandiya, Meksika, Polşa və s. daxildir.
“Kiber muzdlular” saxta “Facebook” və “Instagram” hesabları vasitəsilə tədricən etibar qazanıb, daha sonra sahibinin xəbəri olmadan cihaza casus proqramı quraşdırıblar. Həmin proqram insanların smartfonlarını izləməyə, zəngləri dinləmək, onların yerini öyrənmək, fotoşəkillər, videolar və əlaqə kontaktında olan siyahıları əldə etmək imkan verir.
“Meta” şirkəti İsrailin NSO Group Pegasus casus proqramının fəaliyyəti ilə bağlı araşdırmanın nəticələrini təsdiqləyib. 2019-cu ildə şirkət WhatsApp vasitəsilə casus proqramların yüklənməsinə görə NSO-ya qarşı iddia qaldırmışdı.
İyulun 19-da 17 xarici media orqanı Pegasus Layihəsinin birgə araşdırması nəticəsində, 10 ölkənin hakimiyyət səlahiyyətliləri tərəfindən rəqiblərinin telefonlarını sındırmaq üçün NSO Group proqramından istifadə etdiklərini açıqlayıblar. Siyahıya 180-dən çox jurnalist daxildir. Proqramdan Səudiyyə Ərəbistanı, Qazaxıstan, Hindistan, İsrail, Meksika və digər ölkələrin hakimiyyət orqanları da istifadə edib.
Bundan əvvəl Ermənistanda onlarla siyasətçi “Apple”dan xəbərdarlıq məktubu alıb, telefon sahiblərini telefonlarında “Pegasus” casus proqramı haqqında məlumatlandırıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button