Dünya

Ermənistandakı hərbi hissədəki yanğınla bağlı şok: MTX adı açıqlanmayan əsgəri axtarır

Məlum olduğu kimi, bu ilin yanvarın 19-da Ermənistan Müdafiə Nazirliyinin Basarkeçər rayonunun Azat kəndi ərazisində yerləşən “N” saylı hərbi hissəsinin mühəndis taborunun sığınacağında yanğın baş vermişdi. JAMAZ.İNFO xəbər verir ki, həmin hadisə zamanı 15 erməni hərbçi həlak olmuş, 7-si isə yaralanmışdı.

Bu gün ehtiyatda olan polkovnik, “Hayeli” təşkilatının sədri Volodya Hovhannisyan sensasiyalı iddia ilə çıxış edib. O bildirib ki, hadisədən sonra Ermənistan hüquq-mühafizə orqanları həmin hərbi hissədə qulluq edən əsgərlərdən birini axtarır. “Yanğın söndürüldükdən dərhal sonra MTN-nin tələbi ilə yaşayış yerinə daxil olmaq qadağan edildi. Hətta polislərə və şahidlərə də əraziyə girmək yasaqlandı. MTX və əks-kəşfiyyat bir əsgər axtarırdı. O əsgər kimdi? Onu tapdılarmı, tapmadılarmı? Əsir düşüb? Bəlli deyil. Həmin şəxslə bağlı bütün məlumatları gizlədiurlər”.

Hovannisyan deyib ki, hərbçilərin yanğından ölməsinə inanmır. Onun sözlərinə görə, bu hadisə təşkil olunub. “Oradakı hərbçilər zərbəylə öldürülüb. Sonra isə yanğın törədilib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button