Dünya

Ermənistanda ruslara etimad aşağı düşüb: Fransa liderlik edir

“GALLUP Beynəlxalq Assosiasiyası” Ermənistanda sorğu keçirib. JAMAZ.İNFO xəbər verir ki, sorğu son sentyabr hərbi toqquşması zamanl hansı ölkələrin göstərdiyi mövqeyin ermənilər tərəfindən bəyənilməsidir.

GALLUPun nümayəndəsi Aram Navasardyan nəticələri açıqlayaraq bildirib ki, sorğu 1100 nəfərin arasında keçirilib. Onlardan 40.3 faizi Fransanın son hadisələrə münasibətini yüksək qiymətləndirib. İranın mövqeyini dəstəkləyənlər isə 34.8 faiz təşkil edib. Ən aşağı nəticə isə Türkiyəyə olan münasibətdə qeydə alınıb, bu da 0.7 faiz təşkil edib.

GALLUP-u təəccübləndirən əsas cavab isə ermənilərin Rusiyaya olan münasibətidir. Belə ki, ermənilərin 10.6 faizi Rusiyanın son hadisələrə reaksiyasına müsbət yanaşdığını bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button