Dünya

Ermənistana yardım ediləcək

Ermənistana yardım göstərilməsi ilə bağlı qərar layihəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində razılaşdırılıb.

Jamaz.info xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas İrəvanda təşkilata üzv ölkələrin Xarici İşlər nazirlikləri, Müdafiə nazirlikləri və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasında deyib.

Zas qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədində gərginlik qalmaqdadır. Daxil olan məlumatlar təsdiqləyir ki, atışmalar demək olar ki, hər gün baş verir.

“Bu ilin may, sentyabr və oktyabr aylarında Kollektiv Təhlükəsizlik Şurasının üç sessiyası təhdidlərin müzakirəsinə həsr olunub. Biz Ermənistana yardımın göstərilməsi ilə bağlı birgə tədbirlər haqqında qərar layihəsini razılaşdırdıq. Sənədlər tərəflərin, KTMT-nin monitorinq missiyasının rəy və təklifləri əsasında hazırlanıb”, – deyə o bildirib.

Eyni zamanda, Zas vurğulayıb ki, Ermənistan hökuməti və digər iştirakçıların sülh sazişinin bağlanması, sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiyaların blokadadan çıxarılması istiqamətində səyləri Qafqaz regionunda müsbət rol oynayır.

Qeyd edək ki, noyabrın 23-də İrəvanda KTMT-nin sammiti keçirilir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button