Dünya
Ermənistan XİN Türkiyəyə baş sağlığı verib
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İstanbulda törədilən terror aktına görə türkiyəli həmkarı Mövlud Çavuşoğluna başsağlığı verib.
JAMAZ.İNFO xəbər verir ki, bu barədə Mirzoyan tviterdə paylaşım edib:
“İstanbulda baş vermiş ölümcül partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram”.
Qeyd edək ki, ötən gün İstanbulda baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər xəsarət alıb.