Dünya

Ermənistan vətəndaş müharibəsinin bir addımlığında – Petrosyan xəbərdarlıq etdi

“Ermənistanda vətəndaş müharibəsi təhlükəsi var. Bbir ölkənin hakimiyyəti pis ola bilər. Onu diktator idarə edə bilər. Onlardan xilas olmaq çətin deyil. Ən təhlükəlisi isə vətəndaş müharibəsidir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.

Onun sözlərinə görə, Paşinyan və Koçaryanın tərəfdarları bir-birləri ilə müharibə vəziyyətindədirlər. “Bu getdikcə daha da dərinləşcək. Mən qorxuram ki, bu seçkilər dava-dalaşla başlayıb, vətəndaş müharibəsi ilə bitsin. Hər iki tərəf prosesə ölüm-qalım məsələsi kimi baxır”.

Ter-Petrosyan qeyd edir ki, Serj Sarkisyanın ən böyük səhvi Ermənistanda parlament üsul-idarəsinə keçidiydi. «Bu qorxunc bir şeydir. Bu seçkilərin nə ilə bitəcəyinə dair üç variant var. Birincisi, Paşinyan qalib gələcək. İkincisi, Köçaryan qalib gələcək. Üçüncüsü isə az ehtimal edilsə də bir başqası qalib olacaq. Və daha pis variant da var. Və daha pis bir variant var – heç kim qazanmayacaq və biz rəngarəng parlament sisteminə girəcəyik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button