Dünya

Ermənistan prezidenti Elton Conla birlikdə Livanda ad günü keçirib

Ermənistan prezidenti Armen Sarkisyan ad gününü qeyd etmək üçün Livana gedib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Dejavü” Teleqran kanalı məlumat yayıb.

Kanalın yazdığına görə, Sarkisyan yaxın dostu, Britaniya vətəndaşı olan erməni iş adamı Vaçe Manukyanın şəxsi təyyarəsi ilə Beyruta yollanıb. Onların birlikdə Manukyanın məşhur “Fakra” qəsəbəsindəki villasında ad günü mərasimi keçiriblər. “Sarkisyanın ad gününü tanınmış müğənni Elton Con aparacaq. Ermənistandakı son vəziyyətlə əlaqədar olaraq, bu barədə məlumat maksimum dərəcədə məxfi saxlanılır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button