Dünya

Ermənistan ordusunu Rusiyaya tapşırdı: “Moskvanın planı ilə hərəkət edəcəyik”

“Ermənistan Rusiyanın yardımı ilə özünə güclü ordu qurmağı planlaşdırır”. JAMAZ.İNFO xəbər verir ki, bu açıqlama ilə Ermənistan Təhlüksəizlik Şurasının katibi Armen Qriqoryan çıxış edib.

Onun sözlərinə görə, İrəvan artıq bəyan edib ki, ordu quruculuğu birbaşa Rusiyanın dəstəyi ilə həyata keçiriləcək. “Bizin nöqteyi nəzərimizə görə, son 10 ildə Ermənistan Ordusunda Rusiyanın yardımı ilə aparaılan islahatlar daha effektiv olub. Moderinləşdirmə, optimallaşdırma, habelə effektivlik və Rusiyanın yeni silahlarına sahiblənmək Ermənistan ordusunu regionun ən güclülərindən biri edib. Biz əminik ki, Rusiyanın dəstəyi və yardımı ilə yeni güclü ordu quracağıq”.

“Ermənistan bundan sonra hansı ölkələrdən silah alacaq” sualına cavab verən Qriqoryan bildirib ki, bu barədə silah sahəsində ən güclülərə müraciət edəcəklər. “Ən yaxşı və müasir silahları almaq üçün bu sahədə lider olan ölkələrə üz tutacağıq. Buna paralel olaraq, ölkədə hərbi-sənayeni də gücləndirməyi planlaşdırmışıq”.

Qeyd edək ki, bu açıqlama onu deməyə əsas verir ki, bundan sonra Ermənistan ordusunu Rusiya hazırlayacaq və silahlandıracaq. Əvvəllər də Rusiya Ermənistana təmənnasız silah və sursat verirdi. Lakin 44 günlük müharibədən sonra bu istiqamətdə taktika dəyişməyə başlayıb. İrəvan Moskvadan daha etibarlı və müasir silahlar istəməyə başlayıb. Hətta bu barədə baş nazir Nikol Paşinyan da açıqlama verib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button