Dünya

Ermənistan müxalifətinin ombudsman postuna namizədi kimdir?

Ermənistanda müxalifət ombudsman vəzifəsinə öz namizədini açıqlayıb.

Jamaz.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu, Ermənistan Konstitusiya Məhkəməsi aparatının eks-rəhbəri Edqar Qazaryandır.

Parlamentin insan hüquqlarının müdafiəsi komissiyasının rəhbəri Taquhi Tovmasyan sosial şəbəkələrdə Qazaryanın hələ də boş qalmış ombudsman vəzifəsinə namizədliyinin irəli sürüldüyünü açıqlayıb.

“Bu, “Hayastan” və “Şərəfim var” fraksiyalarının birgə qərarıdır”, – deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın hakim partiyası ombudsman vəzifəsinə baş prokurorun müavini Anahit Manasyanın namizədliyini irəli sürdüyünü rəsmi şəkildə təsdiqləyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button