Dünya

Ermənistan iqtisadiyyatı ötən il 1.1 milyard dollar itirib

Ermənistanda 2020-ci il üçün iqtisadi tənəzzül qeydə alınıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistanın Yerli İstehsalçılar İttifaqının rəhbəri Vazgen Safaryan məlumat yayıb.

O bildirib ki, ötən il ölkəsinin istehsal imkanları 7,5 faiz aşağı düşüb. Eyni zamanda, iqtisadi itkilərin pulla dəyəri 1.1 milyard dollar təşkil edib. “Belə izah edim ki, 2019-cu ildə ölkənin ÜDM-in həcmi 13.6 milyard dollar olub. 2020-ci ildə isə bu rəqəm 12,5 milyard dollara düşüb”.

Safaryan onu da deyib ki, ötən il Ermənistanda bütün sahələrdə geriləmələr minimum 30-35 faizdən aşağı olmayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button