Dünya

Ermənistan Hindistandan 150 milyon dollarlıq silah alacaq

Ermənistan Hindistandan 155 millimetrlik “ATAGS” adlı yerli istehsal olan haubitsalar (artilleriya sistemləri) alacaq.

JAMAZ.İNFO  xəbər verir ki, bu barədə məlumatı “Business Standart” yayıb.

Məlumata görə, sifarişi Hindistanın “Kalyani Strategic Systems Ltd” şirkəti alıb.

Müqavilənin dəyərinin 150 milyon dollar təşkil etdiyi bildirilir. Sözügedən sistemlər 3 il ərzində Ermənistana göndəriləcək.

Qeyd edək ki, bu, Ermənistan və Hindistan arasında silah-sursat alışı ilə bağlı ilk müqavilə deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button