Dünya

“Ermənistan da səmimi addımlar atmalıdır”

“Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycan və Türkiyə səmimidir. Ermənistan da səmimi addımlar atmalıdır. Ən qısa vaxtda sülh müqaviləsi imzalanmalıdır”.

Jamaz.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

O, xüsusi nümayəndələr vasitəsilə Ankara və İrəvan arasında müzakirələrin davam etdiyini xatırladıb: “Etimad mühitinin formalaşması üçün hava məkanımızın açılması, karqo daşımaları ilə bağlı bəzi addımlar atılıb. Bundan sonra da hər kəs addım atmalıdır. Ermənistan da səmimi addım atmalıdır. Onlar bizim səmimi mövqeyimizə səmimi cavab verməlidirlər”.

Nazir söyləyib ki, region ölkələri Cənubi Qafqazdakı sülh və sabitlik üçün addımlar atılmalıdır: “Vacib olan budur. Türkiyə Azərbaycanla müttəfiqdir. Şuşa Bəyannaməsi ilə biz rəsmi müttəfiq olmuşuq. Bizim aramızda hərbi təlimlərin, əməkdaşlığın, ortaq təhsil proqramlarının həyata keçirilməsi kifayət qədər təbiidir. Bunlar kimsə üçün təhdid deyil”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button