Dünya

Ermənistan bu təklifə hələ cavab verməyib – Hulusi Akar

Türkiyə Ermənistanla münasibətlərin normallaşacağına ümid edir.

Jamaz.info “Aydınlık” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələrdən danışan nazir xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hər fürsətdə və istənilən platformada Ankaranın tarixçilər tərəfindən yaradılmalı olan obyektiv komitələrin işinə açıq olduğunu bəyan edib.

“Bu məsələ ilə bağlı təkidli çağırışımızı bir daha təkrar edirik. Ermənistan da Türkiyə kimi öz arxivlərini beynəlxalq tarixçilərin üzünə açmalı, nəticələri qəbul etməli və bundan narahat olmamalıdır. Lakin bu təklifə hələ cavab verilməyib”, – nazir bildirib.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button