Dünya

Erməniləri təbrik etməyə gəlmişəm – İmamoğlu

“Azlıq” sözünü bəyənmirəm və erməniləri Pasxa bayramı münasibətilə təbrik etməyə gəlmişəm.

Jamaz.info xəbər verir ki, bunu İstanbul Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Konstantinopol Erməni Apostol Kilsəsinin Patriarxlığında Patriarx Sahak Maşalyanla görüşündə deyib.

Ermenihaber.am portalının məlumatına görə, bələdiyyə sədri zəlzələ səbəbindən çətin günlər yaşadıqlarını qeyd edib. “İstanbul Bələdiyyəsinin sədri olaraq, xalqımızın daha yaxşı şəraitdə yaşaması üçün əlimdən gələni edirəm”, – İmamoğlu söyləyib.

Görüşün sonunda erməni patriarxı İmamoğluna qırmızı Pasxa yumurtası hədiyyə edib və ona uğurlar arzulayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button