Dünya
Ermənilər rus hərbi bazasının qarşısında aksiyaya hazırlaşır
Ermənistanda fəaliyyət göstərən Milli-demokratik Qütb adlı təşkilat bu həftənin bazar günü, yəni, yanvarın 8-də Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının qarşısında aksiyaya hazırlaşır. JAMAZ.İNFO xəbər verir ki, təşkilatın əsas tələbi Qarabağda yaşayan ermənilərin repatriasiyasının həyata keçirilməsidir.
Təşkilat bəyanat yayıb ki, onların məqsədi Rusiyanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə nail olmaqdır.