Dünya

Ermənilər Gümrü hava limanını bağladılar

Ermənistanın Gümrü şəhərində yerləşən “Şirak” aeroportu fəaliyyətini dayandırıb. JAMAZ.İNFO xəbər verir ki, indiyə qədər mülki əhalini daşımaqla məşğul olan hava limanı sentyabra kimi təmirə dayandırılıb.

Həmin məlumata görə, sentyabrdan sonra “Şirak” aeroportu yalnız hərbi təyyarələrin uçuşunu həyata keçirəcək.

Qeyd edək ki, 44 günlük müharibədən sonra Ermənistanla sərhəddimizi bərpa edən Ordumuz Gümri istiqamətində mövqelərini möhkəmləndirməkdə davam edir. Həmin proses zamanı Gümrü aeroportu tamamilə Ordumuzun müşahidəsi altına düşüb. Bundan başqa, həmin hava limanına gedən əsas yolların bir qismi Azərbaycan ərazisi olduğu üçün Ordumuz tərəfindən postlarla təmin edilib.

Ermənistanın Gümrü aeroportunu bağlaması və onu hərbi təyinatlı etməsi də bu proseslərin nəticəsidir. Lakin İrəvanın “Şirak”dan hərbi təyinatla istifadə etməsi də uzun müddət davam edə bilməyəcək. Çünki aeroport bütünlüklü müşahidəmiz altındadır.

Bu əsnada onu da bildirək ki, Gümrü hava limanının bağlanması ilə Ermənistanda bir mülki aeroport qalıb: İrəvan Hava limanı.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button