Dünya

Ermənilər çaşqın vəziyyətdə: Ermənistanda nə baş verir?

Məlum olduğu kimi, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin müəyyən edilməsi üçün razılaşmanın olduğunu, bununla bağlı sənədin müzakirə edildiyini, bəzi şərtlər çərçivəsində imzalanacağını açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, artıq məsələ İrəvanda ciddi narazılığa səbəb olub və dünən gecədən başlayaraq etirazlara da start verilib.

Paşinyan məsləhətləşmələrə gedir

Bu gün isə Nikol Paşinyan Ermənistanın prezidenti Armen Sarkisyanla görüşərək, sərhəddəki son vəziyyəti, Azərbaycanla sərhədlərin demarkasiya və demilitasiyası məsələlərini müzakirə edib.

Bu görüşdən ciddi bir nəticənin çıxacağı inandırıcı görünmür. Erməni politoloqları deyir ki, Paşinyanın hazırkı məsləhətləşmələri protokol məqsədi daşıyır.

Abramyan: “Paşinyan cəmiyyətdə müharibə qorxusu yaradır”

«Enaket” təşkilatının sədri Tiqran Abramyan isə bildirir ki, hazırda Paşinyan hakimiyyətinin əsas tezisi cəmiyyətdə müharibə əhval-ruhiyyəsi yaratmaq yox, müharibə ilə qorxutmaqdır. “Hakimiyyətin əsas tezisi belədir: Torpaqları vermirik, güzəştə getmirik, və müharibə başlayır. Son 8 ayda bu tezis müxtəlif formaya salınıb. Erməni cəmiyyətinin nümayədələri isə bunu fərqli-fərqli qəbul edir”.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti hazırda apardığı təbliğat “əgər biz hakimiyyətdə olmasaq, müxalifət yerimizə gələcək və müharibəyə başlayacaq”dan ibarətdir. “Bu təkcə cəmiyyəti qorxutmağa hesablanmayıb, həm də ictimaiyyətin diqqətini yayındırmağa, onun emosiyaları ilə oynamağa və öz qara əməllərini həyata keçirməyə, ən əsası isə digər torpaqların da itirilməsinə hesablanıb”.

Peskov: “Çılğın yayımlarda diqqətli olmaq lazımdır”

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov son günlər sərhəd məsələsi ilə bağlı hadisələrə münasibət bildirərək, deyib ki, bu cür yayımlara “çılğınca” yanaşmaq lazım deyil. Onun sözlərinə görə, baş verənlərə və ümumilikdə məlumatlara rəsmi qanaqlara istinad edərək, münasibət bildirmək lazımdır. “Ümumilikdə, hazırkı vəziyyət hər nə qədər kövrəkdirsə, bir o qədər də situasiyanın daha ciddi idarə edilməsini ehtiva edir. Ona görə də, çılğın yayımlara ehtiyatlı yanaşmaq, rəsmi məlumatlara istinad etmək lazımdır”.

Lavrov: “Cənubi Qafqada pis işləmədik”

Bu əsnada, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “Novoe Znane” adlı forumda çıxış edərkən Cənubi Qqafqazdakı vəziyyətə toxunub. “Biz Cənubi Qafqazda, Qarabağ münaqişəsinin həllində çox da pis işləmədik. Hazırda biz Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasına çalışırıq, köməklik edirik. Məhz bizim dəstəyimiz, vasitəçiliyimiz sayəsində Cənubi Qafqazda bir çox imkanlar açılıb. Məsələn, hələ 1990-cı illərdən bağlı olan bütün iqtisadi və nəqliyyat kommunikasiyaların açılması istiqamətində görülən işlər bu qəbildən olandır”.

Çitçiyan: “Heç nə anlamırıq”

Laçın rayonunun Zərzəbil kəndində (ermənilər onu Kut” adlandırır) vəziyyət əvvəlki kimi gərgin olaraq qalır. JAMAZ.İNFO xəbər verir ki, bunu həmin kəndin rəhbəri Sima Çitçiyan deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu harada yerləşiblərsə, həmin mövqelərindən bir addım belə geri çəkilməyiblər. “Bu müddət ərazində heç bir hadisə baş verməyib. Hara gəliblərsə, orada da qalıblar. Heç nə anlamırıq. Onlar gah az-az, gah da dəstə ilə qurduqları çadırlara girib, çıxırlar”.

Ermənistan Qara gölə hərbi ataşşelərin səfərini təşkil edib   

Ermənistan Müdafiə Nazirliyi dünən Qara göl ərazisinə bu ölkədəki xarici səfirliklərin hərbi ataşşelərinin səfərini təşkil edib. Məlumata görə, ataşşelər Sünik vilayətində, o cümlədən Qara gölə yaxın ərazidə olublar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button