Dünya

Ermənilər artıq Rusiyanı tərəfdaş hesab etmir – Kreml narahatdır

Rusiyanın Ermənistandakı səfirliyi ermənilər arasında sorğu keçirib. Əldə olunan nəticələr ürəkaçan olmayıb.

Jamaz.info xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Bildirilib ki, 2018-ci ilə qədər Ermənistan vətəndaşlarının 70 faizi Rusiyanı stratej tərəfdaş görürdü. İndi isə bu göstərici demək olar ki, iki dəfə azalıb. Son sorğunun nəticələrinə görə, ermənilərin cəmi 40 faizi Rusiyanı strateji tərəfdaş hesab edir.

Nəşrin məlumatına görə, Kreml əldə olunan nəticələrdən narahat olub.

Onu da qeyd etmək lazımdır ki, erməni əhalisi Rusiya ilə müqayisədə İrana daha çox inanır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button