Dünya

Erməni zabit dövlətə xəyanətə görə həbs edildi

“Ermənistanda xarici xüsusi xidmət orqanlarına məxfi məlumatları (xüsusən də Hindistandan alınmış silahlarla bağlı) “sızdıran” N saylı hərbi hissənin zabiti həbs edilib”.
Jamaz.info “Novosti Armeniya”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Ermənistan MTN-dən verilən məlumatına görə, həmin şəxs Ermənistan vətəndaşıdır və kapitan rütbəli zabitdir:
“O, 2021-ci ilin əvvəlində xarici kəşfiyyat orqanları tərəfindən işə götürülüb. Digər hərbi hissəyə keçirildikdən və xidmətlərdən birinə rəis təyin olunduqdan sonra o, xarici kəşfiyyat xidməti ilə əməkdaşlığı davam etdirərək sosial şəbəkələr vasitəsilə dövlət sirlərini ehtiva edən məlumatları, o cünlədən hərbi hissədə yerləşən silahlar, döyüş postlarının yeri, Hindistanda alınmış hərbi texnika ilə bağlı sirləri qarşı tərəfə ötürüb”.
Qeyd olunur ki, bunun qarşılığında həmin zabit xarici kəşfiyyat xidmətinin nümayəndəsindən pul (iki dəfə) və mobil telefon alıb. O, Ermənistan Respublikasının ərazi bütövlüyü və xarici təhlükəsizliyinə xələl gətirməkdə, dövlətə xəyanətdə ittiham olunur.
Cinayət işi çərçivəsində axtarışlar aparılıb, həmin zabitə qarşı ittiham elan edilib və o, məhkəmənin qərarı ilə saxlanılıb.(bakupost)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button