Dünya

Erməni təxribatçılarından biri futbolçu olub

Sentyabrın 13-də sərhəddə təxribat törədən Ermənistan tərəfinin itkilərinin sayının 500 nəfəri keçdiyi artıq İrəvan tərəfindən də dolayısı ilə təsdiqlənir. JAMAZ.İNFO xəbər verir ki, həmin döyüşlərdə təxribatçılardan biri futbolçu olub.

Belə ki, Ermənistanın “Şirak” futbol klubunun qapıçısı Karen Karapetyan döyüşlərdə öldürülüb. Bir aya yaxın müddətdə onun itkin olduğunu düşünərək, axtarırmışlar. Lakin dünən Azərbaycan tərəfi onun meyidini döyüş meydanından taparaq, erməni tərəfinə təhvil verib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button