Dünya

Erməni nazir yenə “zarıdı”: Lavrovla Mirzoyan nədən danışıblar?

Xəbər verildiyi kimi, bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşü keçiriləcək. JAMAZ.İNFO xəbər verir ki, Bayramov, Mirzouan və Lavrov arasında görüşün günün ikinci yarısında keçiriləcəyi bildirilir.

Qeyd edək ki, görüşə qədər Rusiya XİN başçısı azərb aycanlı və erməni həmkarları Ceyhun Bayramov və Ararat Mirzoyanla təkbətək görüşlər keçirib.

Lavrov Mirzoyanla görüşdə bildirib ki, Rusiyanın Cənubi Qafqaz regionunda ciddi maraqları var və tarixi rol oynayıb. Onun sözlərinə görə, Moskva regionda sülh və sabitliyin bərqərar olmasına töhfə verməyə hazırdır. O qeyd edib ki, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin imzaladığı üçtərəfli bəyanatların rolu çox böyükdür. Bu razılaşmalar həm sülh müqaviləsi, həm də kommunikasiyaların açılması, sərhədin delimitasiyası və sonradan demarkasiya ilə bağlı bütün məsələlər üzrə bütün həll yollarının tapılmasında həlledici əhəmiyyətə malik olmalıdır. “Hesab edirəm ki, bütün bu sahələrdə irəliləyiş Cənubi Qafqazda sülhə nail olmaq üçün əsas şərtdir. Rusiya bu regionda tarixi rol oynayıb və ən ciddi maraqları var. Əminəm ki, müttəfiqlərimiz bunu başa düşürlər. Bu imkanda Rusiya qarşıdan gələn tədbirlərin faydalı olması və konkret nəticələr əldə etmək üçün əlindən gələni etməyə çalışacaq”.

Rusiya XİN rəhbəri əlavə edib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması Rusiya, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin bugünkü üçtərəfli görüşünün əsas mövzusudur.

JAMAZ.İNFO xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ənənəsinə sadiq olaraq yenə “zarıyıb”. Davamlı şikayət edən erməni tərəfi bu dəfə də Laçın dəhlizi ilə bağlı danışıb. “Ermənistan, Azərbaycan və Rusiyan rəhbərlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatında Laçın dəhlizinin Rusiya sülhməramlılarının nəzarəti altında qalmasının nəzərdə tutulmasına baxmayaraq, təəssüf ki, indi bunu demək mümkün deyil”.

O qeyd edib ki, bölgədə yeni münasibətlər üçün fürsətlər yaranıb. “Ağır mövzular, Cənubi Qafqazdakı vəziyyət haqqında yenidən danışmaq, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə danışıqların növbəti raundunu keçirmək üçün növbəti fürsətim oldu və mən bundan məmnunam”.

XİN rəhbərinin sözlərinə görə, Ermənistan həmişə olduğu kimi, danışıqlarda “çox konstruktiv” şəkildə iştirak edir. “Biz regionumuzda uzunmüddətli sülhə diqqət yetirmişik. Ermənistan 10 noyabr 2020-ci il tarixli və ondan sonrakı bütün üçtərəfli bəyanatlara sadiqdir. Təəssüf ki, necə deyərlər, “yerdə” vəziyyət bir qədər fərqlidir: danışıqlara paralel olaraq biz vaxtaşırı Azərbaycandan yerlərdə vəziyyətin gərginləşməsini görürük. Biz Ermənistanın suveren ərazisinin işğalını görürük, 10 noyabr 2020-ci il tarixli bəyanatının kobud şəkildə pozulduğunu görürük. Sonuncu belə pozuntu Azərbaycan tərəfinin Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmağa cəhd etməsidir. Baxmayaraq ki, Laçın dəhlizinin rejimi Rusiya Federasiyasının nəzarəti altında qalmalı olan 10 noyabr bəyanatında çox aydın şəkildə ifadə olunub. Amma təəssüf ki, indi Rusiya Federasiyasının Laçın dəhlizinə nəzarət etdiyini söyləmək mümkün deyil”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button