Dünya

Erməni nazir qohumlarına onunla görüşməyi qadağan etdi

Ermənistanın həbsdə olan keçmiş müdafiə naziri David Tonoyan yaxın qohumlarına onunla görüşməyi qadağan edib.

Jamaz.info xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb.

Bildirilib ki, əvvəllər həbsxana rəhbərliyi tərəfindən David Tonoyanın qohumları ilə görüşməsinə icazə verilməyib, sonra ona yalnız ən yaxın qohumları – ailə üzvləri ilə görüşə şərait yaradılıb. Lakin nəşrin yazdığına görə, sabiq nazir bu imkandan imtina edib və qohumlarına onun yanına gəlməyi qadağan edib.

Qeyd edək ki, 2018-2020-ci illərdə Ermənistanın müdafiə naziri olmuş Tonoyan bir neçə yüksək rütbəli hərbçi ilə birlikdə istifadəyə yararsız raketlər almaqda və 4.6 milyon ABŞ dollarını mənimsəməkdə ittiham olunur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button