Dünya

Erməni müxalifəti Qarabağdan köçənləri etiraza hazırlayır

Ermənistan müxalifəti Qarabağdan könüllü olaraq köçmüş erməniləri öz tərəfinə çəkməklə yanaşı, həm də Nikol Paşinyan hökumətinə qarşı təşkilatlandırmağa və etiraza cəlb etmək istəyir. JAMAZ.İNFO xəbər verir ki, erməni müxalifətinin atdığı addımlar da bunu deməyə əsas verir.

Belə ki, “Şərəfim var” fraksiyasının deputatı olan Tiqran Abramyan davamlı olaraq, Qarabağdan köçmüş ermənilərin problem içində boğulduğunu yazır. Bu gün isə o bildirib ki, Ermənistan hökumətinin köçənlərə verdiyi vədlərin heç birini həyata keçirməyib. “Hazırda Qarabağ ermənilərinin problemləri qalaqlanıb. Hökumət heç bir vədini yerinə yetirmir”.

Onun sözlərinə görə, ermənilərin evlə təmin olunması prosesi də baş tutmayıb. “Onlara kirayə mənzil vəd edilib. Amma çoxları nə ev tapa bilirlər, nə də mənzil kirayələmək üçün imkanları var. Bura təhsil, səhiyyə, sosial təminat və xidmətlərlə bağlı problemləri də əlavə etsək, vəziyyətin necə kritik olduğunu görə bilərik”.

Abramyan deyib ki, bu gedişat Qarabağdan köçmüş ermənilərin tezliklə etiraza qalxacağına dəlalələt edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button