Dünya

Erməni general: “Bir gün rus ordusu İrəvanın mərkəzində, İran ordusu isə Zəngəzurda peyda olacaq” ”

“Ermənistanın isterikaya düşməsinə əsas yoxdur. Putinin Bakıya son səfərinin İrəvanla heç bir əlaqəsi yoxdur”. JAMAZ.İNFO-nun xəbərinə görə, bunu Ermənistanın ilk hərbi komissarı, general-mayor Levon Stepanyan bildirib.

Onun sözlərinə görə, Rusiya prezidentinin Bakıya səfəri daha çox İranla bağlı olub. “Yaxın Şərqdə vəziyyət ağırdır. Rusiya bu prosesə müdaxilə etmək barədə düşünür. Ona görə də, Bakıya gələrək bir sıra məsələləri dəqiqləşdirməyə çalışdı”.

Stepanyan onu da deyib ki, Ermənistanın Qərbə güvənərək, Rusiya əleyhinə addımlar atması heç bir nəticə verməyəcək. “İrəvanda elə düşünürlər ki, Qərb onlara sonadək dəstək verəcək. Bu siyasətlərinin nəticələrini də hesablamırlar. Bir də görəcəklər ki, hərəkətləri əks effekt verib. Və Rusiyanın 102-ci hərbi bazası Respublika meydanında, İran qoşunları isə Zəngəzurda peyda olacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button