Dünya

Erməni deputat: “Qarabağdakı daşnak hakimiyyətinin təslim olması üçün bir həftə kifayət etdi”

“Ermənistan vətəndaşları bizə zəng edir, bizi güclü olmağa çağırır və əmin olun ki, onlar Ermənistan dövlətçiliyinin, suverenliyinin və müstəqilliyinin keşiyində dayanırlar”. JAMAZ.İNFO xəbər verir ki, bunu hakim “Mülki müqavilə” partiyasından deputat Gevorq Papoyan deyib.

Jurnalistlərin “Vətəndaşların hakimiyyətin Dağlıq Qarabağı nə etdiyini soruşurlarmı?” sualına cavab olaraq deputat deyib ki, insanları bu məsələ maraqlandırmır. “Xeyr, onlar Ermənistanın keçmiş prezidentlərinin müdaxiləsi ilə Qarabağda hakimiyyət dəyişikliyi baş verəndə zəng edib bildirirlər. Vətəndaşlar deyirlər ki, sizin opponentlər 3 ildir hakimiyyət istəyirdilər. Onlar Qarabağda daşnaklara hakimiyyət veriblər və cəmi bir həftə ərzində kapitulyasiyaya imza atıblar. Daha da deyim: bizi tənqid edənlər, bizi seçməyənlər, səs verənlər belə zəng edib deyirlər ki, indi bizimlədirlər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button