Dünya

Erməni deputat baş qərargah rəisini ələ saldı: “Bəs, Azərbaycana 1 saat vaxt vermişdin?”

Bu gün Ermənistan parlamentində müzakirələr zamanı deputatlardan biri əsir götürülmüş diversantlarla bağlı danışıb. Deputat Naira Zohrabyan çıxışı xamanı Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Davatyanı ələ salıb.

JAMAZ.İNFO xəbər verir ki, Zohrabyan çıxışı zamanı bildirib ki, baş qərargah rəisi diversnatlar əsir düşəndən sonra Azərbaycana ultumatum verib. “Baş Qərargah rəisi hadisədən sonra Azərbayacana əsirlərin geri qaytarılması üçün 1 saat vaxt vermişdi. Amma həmin xəbərdarlığın və ultumatumun üzərindən 144 saat keçir, erməni əsgərlər isə hələ də geri qaytarılmayıb. İndi Davatyana sual edirəm: Bəs, Azərbaycana 1 saat vaxt vermişdin? Niyə hələ də əsgərlərimiz onların əlindədirlər?”

Erməni deputat həmçinin bu günlərdə Moskvada keçirilən üçtərəfli görüşlə də bağlı fikrini açıqlayıb. O deyib ki, Ermənistan nümayəndə heyəti əsirlərin geri alınması ilə bağlı Moskvada keçirilən görüşdən əliboş qayıdıblar. “Bu həmin nümayəndə heyətinin qeyri-müəyyən açıqlamalarından da aydın olur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button