Dünya

Dünyanın diqqəti Münhendə: Müharibədən sonrakı ilk konfrans nələr vəd edir?

Dünyanın müxtəlif ölkələrindən aparıcı siyasətçilər, diplomatlar Rusiyanın Ukraynaya təcavüzü nəticəsində dəyişmiş Avropanın təhlükəsizlik mənzərəsini aydınlaşdırmaq üçün bu gün Münhenə toplaşırlar.

Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və ABŞ-ın vitse-prezidenti Kamala Harris müdafiə və diplomatiyaya həsr olunmuş qlobal toplantıda – Münhen Təhlükəsizlik Konfransında iştirak edən bir çox yüksək vəzifəli şəxslər arasındadır.

Almaniyanın cənubundakı lüks “Bayerischer Hof” mehmanxanasında bu gün başlayan və 19 fevraladək davam edəcək konfransda yüksək səviyyəli Ukrayna rəsmilərinin də çıxış edəcəyi gözlənilir. Ötənilki konfrans müharibə başlamazdan bir neçə gün əvvəl baş tutub. Rusiya qoşunları Ukrayna sərhədlərinə toplaşarkən, Münhendəki Qərb liderləri prezident Vladimir Putini Ukraynanı işğal etməməyə çağırıblar və onun bu addımı atmasının ağır nəticələri ilə bağlı xəbərdarlıq ediblər.

Bu il liderlər Putinin onların yalvarışlarına məhəl qoymamaq hesabına saysız-hesabsız insanın ölümünə və milyonlarla insanın qaçmağa məcbur etdiyi İkinci Dünya müharibəsindən bəri Avropada ən dağıdıcı müharibəni başlatmaq qərarının dərin nəticələrini təhlil edəcəklər.

“Əgər Putin Ukraynada qalib gələrsə, ona və digər avtoritar rejimlərə mesaj odur ki, güc mükafatlandırılır. Bu, dünyanı daha təhlükəli edərdi”, – NATO-nun baş katibi Yens Stoltenberq bunu bu həftə deyib.

Müharibə Münhendə Avropanın öz hərbi potensialını nə qədər artırmalı, təhlükəsizliyi üçün ABŞ-a nə qədər güvənməli və hökumətlərin müdafiəyə nə qədər vəsait xərcləməli olduğu kimi suallar ətrafında uzunmüddətli müzakirələri yenidən gücləndirəcək. Həmçinin müharibənin enerji təchizatından tutmuş ərzaq qiymətlərinə qədər genişmiqyaslı qlobal təsirləri də müzakirə ediləcək.

Məlumdur ki, müharibəyə görə Rusiya tərəfdən heç kim konfransa dəvət almayıb. Cənubi Qafqaz regionundan isə Gürcüstan və Ermənistan baş nazirləri İrakli Qaribaşvili və Nikol Paşinyan artıq Münhendədirlər. Prezident İlham Əliyevin də konfransda iştirakı gözlənilir.(Modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button