Dünya

Dünyanın ən zəngin ailələrinin adları açıqlandı

Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri Məhəmməd bin Zayed Əl Nəhyanın ailəsi dünyanın ən varlıları kimi tanınır.
Bildirilir ki, onun sərvətinin əsasını enerji ticarətindən əldə edilən gəlirlər, eləcə də müxtəlif şirkətlərə və daşınmaz əmlak bazarlarına sərmayə qoyuluşu da daxil olmaqla səriştəli investisiya siyasəti təşkil edir. Əl Nahyanın sərvəti təxminən 300 milyard dollar dəyərindədir.
Əbu-Dabi ailəsi maliyyədən robototexnikaya qədər müxtəlif sahələrdə 27.000-dən çox işçisi olan “Royal Group”un sahibidir. Ailə İngiltərənin “Mançester Siti” futbol klubunda, İlon Maskın “SpaceX” şirkətində və Rihannanın “Savage x Fenty” moda evində pay sahibidir.
Reytinqin ikinci pilləsində sərvəti 224,5 milyard dollar dəyərində qiymətləndirilən “Walmart” mağazalar şəbəkəsinin sahibləri amerikalı Uolton ailəsi qərarlaşıb.
“İlk beşliy”ə həmçinin, şirniyyat şirkətinin təsisçiləri Mars ailəsi (160 milyard dollar), “Koch Industries” qənnadı şirkətini idarə edən Kox ailəsi (128,8 milyard dollar) və Səudiyyə Ərəbistanı kral ailəsi (105 milyard dollar) də daxildir.(oxu.az)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button