Dünya

Dünən qəza xəbərini verən qubernator bu gün zəhərləndi

Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Jamaz.info Rusiya mətbuatına istinadən xəbər verir ki, Qladkov vəziyyətinin kritik olmadığını deyib.

“Kritik heç nə yoxdur. Həkimlərin nəzarətindəyəm. Bu gün-sabah məni evə buraxacaqlar. İş çox, xəstələnməyə isə vaxt yoxdur”, – qubernator bildirib.

İlkin olaraq, ona qidadan zəhərlənmə diaqnozu qoyulub, lakin dəqiq səbəb hələ bəlli deyil.

Qeyd edək ki, qubernator dünən rəhbərlik etdiyi Ukrayna ilə həmsərhəd vilayətin ərazisində Rusiya Müdafiə Nazirliyinə məxsus hərbi təyyarənin qəzaya uğraması barədə məlumatı nazirlikdən əvvəl yaymışdı.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button