Dünya

Donetsk, Luqansk və Krımda Ukrayna bayrağı qaldırılacaq

Ukraynalı hərbçilər Donetsk, Luqansk və Krımda Ukrayna bayrağını qaldıracaqlar.

Jamaz.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski bildirib.

Onun sözlərinə görə, Müdafiə Qüvvələrinin uğurlu əks-hücum əməliyyatları piyadaların dəqiq nizam-intizamı və peşəkarlığı sayəsində mümkün olub.

“Müharibə dövrübdə siz nümayiş etdirdiniz ki, hətta ən çətin situasiyalarda belə hadisələrin axarını öz xeyrinizə çevirmək olar. Hətta düşmənin sayca üstün olduğu yerdə də Ukrayna torpaqlarını geri qaytarmaq mümkündür”, – deyə Sırski bildirib.

“Əminəm ki, yaxın gələcəkdə Ukrayna piyadaları işğaldan azad edilmiş Donetsk, Luqansk və Krım üzərində Ukrayna bayrağını qaldıracaq”, -deyə o vurğulayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button