Dünya

Donbasda şiddətli döyüşlər gedir: İki kənd itirilib, bir qəsəbə və bir kənd isə rus işğalından azad edilib

Bu gün səhər saatlarından başlayan müharibə getdikcə daha şiddətli şəkil almağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, Krım, Xarkov və Donbas istiqamətindən hücuma keçən Rusiya və Belarusiya ordularının qarşısını kəsmək üçün Ukrayna ciddi müqavimət göstərir.

Son xəbərlərə görə, gecə saatlarından başlayan raket və artilleriya döyüşləri, piyadaların savaşına çevrilib. Donbasda bir neçə istiqamətdə hücuma keçən rusların ilk müqavimətinin qırıldığı deyilir və bir neçə mövqedən geri çəkilməli olublar. Eyni zamanda, Qırmızı Partizan yaşayış məntəqəsi də artıq Ukrayna ordusunun nəzarətinə keçib. Daha bir qəsəbə uğrunda isə şiddətli döyüşlərin getdiyi bildirilir.

Lakin Nikolayevski qəsəbəsi yaxınlığında Ukrayna ordusu geri çəkilməli olub. Luqanskdakı iki kəndi də Kiyev qoşunlarının tərk etmək məcburiyyətində qaldıqlarına dair məlumatlıar var.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button