Dünya

Dmitri Medvediyev: “Ukrayna dünya xəritəsindən silinəcək”

“Bütün baş verənlərin nəticəsində Ukrayna dövlət suverenliyini itirə və dünya xəritəsindən silinə bilər”. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədri Dmitri Medvedev özünün Telegram kanalında yazıb.

Onun sözlərinə görə, çoxsaylı siyasi fırıldaqçılar Ukraynanın keçmiş sərhədləri daxilində dövlətçiliyinin bərpası mövzusu ilə manipulyasiya edir. “Yeni hərbi sifarişlərə ümid bəsləyir və Kiyev rejiminə ayrılan pul axınını kəsirlər”.

O qeyd edib ki, NATO məntiqə və sağlam düşüncəyə zidd olaraq Rusiya sərhədlərinə yaxınlaşmaqda davam edir. “Bu da dünya münaqişəsi və bəşəriyyətin əhəmiyyətli hissəsinin ölümü ilə bağlı real təhlükə yaradır”.

Medvedevin sözlərinə görə, 2014-cü il hakimiyyət dəyişikliyindən sonra Ukrayna dövlət müstəqilliyini itirib və birbaşa kollektiv Qərbin nəzarətinə keçib. “Həmçinin NATO-nun onların təhlükəsizliyini təmin edəcəyinə inanıblar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button