Dünya

Dini qurumların fəaliyyəti qadağan edildi

Ukrayna prezidenti Volodimir Zelenski ölkə ərazisində Rusiya əlaqəsi müəyyən edilən dini qurumların fəaliyyətini qadağan edib.

Jamaz.info  xəbər verir ki, Ukrayna dövlət başçısı bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Rusiya ilə hər hansı əlaqəsi ortaya çıxan dini qurumlar ölkə ərazisində fəaliyyət göstərə bilməyəcək.

Həmçinin Rusiya ilə əməkdaşlıq edən din xadimlərinə qarşı sanksiyaların nəzərdə tutulduğu sənəddə qərarların icrasının Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilova həvalə olunduğu qeyd edilib.

Rusiya ilə əməkdaşlıq edən ruhanilərin siyahısının hazırlanması tapşırığı verilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button