Dünya

Daşqınlar nəticəsində 14 nəfər öldü

Kaliforniyada güclü yağışın səbəb olduğu daşqınlar nəticəsində 14 nəfər ölüb.

Jamaz.info xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ştatın mərkəzi və şimal hissəsində baş verib.

“Daşqın, qaya uçması və sürüşmə, eləcə də güclü qar yağması riski var. Bu isə yolların bağlanması və qar uçqunu ehtimalını artırır”, – ştatın Nəqliyyat Departamenti vətəndaşlara xəbərdarlıq edib.

Qeyd edək ki, ötən gün sözügedən ştatda fövqəladə vəziyyət elan edilib və insanların təbii fəlakət zonasından təxliyəsi ilə bağlı tövsiyələr verilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button