Dünya

“Daş üstündə daş qalmadı” – Ərdoğan

“Fevralın 6-da Türkiyədə baş verən zəlzələ ölkəmizin yaddaşında ən böyük fəlakət olan 1999-cu il zəlzələsindən 3 dəfə böyük və 3 dəfə daha dağıdıcı olub. 1939-cu il Ərzincan zəlzələsindən çox daha geniş ərazidə fəlakətə səbəb olub”.

Jamaz.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbakıra səfəri zamanı çıxşında məlumat verib.

“Dünyanın aparıcı alimləri də zəlzələnin gücü və dağıdıcılığı ilə bağlı həmfikirdirlər. Əsrin fəlakəti olaraq xarakterizə edilən bu zəlzələ, demək olar ki, min kilometrə yaxın ərazidə hiss olunsa da, 500 kilometr ərazidə dağıntıya səbəb olub. Qırılma xətlərinə yaxın ərazilərdə yaşayış məntəqələrimizin bəzi yerlərində daş üstündə daş qalmayıb. Tarlalardakı nəhəng yarıqlar, yolları və dəmir yolu xətlərini nazik məftil kimi əyən sürüşmələr zəlzələnin əlamətləridir. İkinci zəlzələ gündüz baş verdiyi üçün daha az insan itkisinə səbəb olub. İlk zəlzələdə zədələnmiş binaları tamamilə dağıdıb, dağıntıların artmasına səbəb olub.

Ölü və ya diri heç bir vətəndaşımızı dağıntı altında qoymayacağıq. Ən qısa zamanda bərpa işlərinə başlayacağıq. Yenidənqurma üçün planları qururuq. 1-2 həftə ərzində sürətlə yenidənqurmaya başlayacağıq”, – Türkiyə Prezidenti vurğulayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button