Dünya

Daha 150 nəfər partiyasından istefa verdi

Türkiyədə prezidentliyə namizəd Muharrem İncenin sədri olduğu, CHP-dən qopmuş Məmləkət Partiyasında daha bir kütləvi istefa hadisəsi baş verib.

Jamaz.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəfə partiyanın Zonquldak vilayət təşkilatından 150 nəfər istefa verib.

Bu barədə məlumatı təsdiqləyən yerli təşkilatın sabiq sədri Mukadder Yalçın istefaların İncenin siyasətinə və deputatlığa namizəd seçiminə etiraz xarakteri daşıdığını vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl partiyanın Hatay vilayət təşkilatından da 350 nəfər istefa vermişdi.

Muharrem İnce 14 mayda keçiriləcək prezident seçkilərində müxalifətin səslərini böləcəyi ittihamı ilə tez-tez tənqid olunur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button