Dünya

Con Kennedinin qardaşı oğlu ABŞ prezidentliyinə namizəd olacaq

ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu, hüquqşünas və siyasətçi kiçik Robert Kennedi 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyi düşünür.
Jamaz.info “Report”-a istinadən xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Nyu-Hempşirdə keçirilən tədbirdə çıxış edən 69 yaşlı Kennedi deyib: “Bəli, mən bu barədə düşünürəm”.
Siyasətçi senator Robert Kennedinin (1925-1968) oğlu və keçmiş Amerika lideri Con Kennedinin (1917-1963) qardaşı oğludur.
Telekanal vurğulayıb ki, kiçik Robert Kennedi ABŞ-ın Demokratlar Partiyasından namizədliyinin irəli sürülməsi üçün müraciət etmək niyyətindədir.
Qeyd edək ki, 2022-ci ilin noyabrında Respublikaçı keçmiş prezident Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlamışdı. Hazırkı prezident Co Bayden noyabrın 9-da yenidən dövlət başçısı seçilmək üçün mübarizə aparacağını açıqlayıb, lakin yekun qərarı yalnız bu ilin əvvəlində verəcəyini bildirib.
Eyni zamanda Amerikalı iş adamı Perri Conson 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi olmaq niyyətində olduğunu açıqlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button