Dünya

Çinlə Rusiya heç vaxt olmadığı qədər yaxındır

“Çin və Rusiya heç vaxt olmadığı qədər yaxındır”.

Jamaz.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, bu fonda ABŞ və Çin arasında geosiyasi fikir ayrılıqları kəskinləşməyə başlayır. Diqqət Baydenin Kiyevə və Çin diplomatiyasının rəhbəri Vanq Yinin Moskvaya səfərlərinin eyni vaxta təsadüf etməsinə yönəldilib.

“Çin və Rusiya liderlərinin bir il əvvəl “məhdud dostluq” elan etməsindən sonra heç vaxt bu qədər yaxın olmamışdılar”, – deyə qeyd olunub.

Məlumatda vurğulanıb ki, Çinin Ukrayna ilə bağlı sülh təşəbbüsləri, çox güman ki, Avropa və ABŞ arasında gərginlik yaratmaq üçün irəli sürülür. Pekin müharibəyə son qoymaq təklifləri ilə yanaşı, “öz geosiyasi maraqlarını təmin etmək və silah istehsalçılarının gəlirlərini artırmaq üçün müharibəni qəsdən uzadan” ABŞ-ı tənqid edir.

Həmçinin materialda diqqətə çatdırılıb ki, Çinin Münhen Konfransında müharibənin dayandırılmasının zəruriliyi ilə bağlı bəyanatları fonunda ABŞ Pekinin Rusiyaya hərbi yardım göstərməyə yaxın olduğunu deməyə başlayıb. ABŞ-ın iddiaları doğrudursa, Çinin Rusiyaya dəstəyi böyük bir eskalasiyaya səbəb olacaq və müharibənin ən təhlükəli və gözlənilməz yeni mərhələsini açacaq.

“ABŞ-ın Çinlə bağlı narahatlığı Pekinin münaqişənin həllində vasitəçilərdən biri olmaq niyyətini bəyan etməsindən dərhal sonra dilə gətirilməyə başlayıb”, – deyə əlavə edilib.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button