Dünya

Çinlə hərbi əməkdaşlıq gücləndiriləcək – Putin

Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Tsinpin arasında videoformatda görüş keçirilib.

Jamaz.info  TASS-a istinadən xəbər verir ki, görüş zamanı Putin Çin-Rusiya münasibətlərinin inkişafından danışıb.

“Geosiyasi gərginliyin artdığı vaxtda Rusiya və Çin arasında tərəfdaşlığın möhkəmləndirilməsi stabilləşdirici faktor kimi böyük önəm kəsb edir. Çin və Rusiya arasında hərbi sahədə əməkdaşlıq gücləndiriləcək. Rusiya-Çin münasibətləri bütün tarixi boyu ən yaxşı dövrünü yaşayır”, – deyə Putin qeyd edib.

Rusiya prezidenti bildirib ki, 2023-cü ildə Çin lideri ilə üzbəüz görüşəcəyinə ümid edir. O, həmkarını Moskvaya rəsmi səfərə dəvət edib.

Putin, həmçinin iki ölkə arasındakı iqtisadi əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edib.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button