Dünya

Çin Rusiyadakı eks-səfirini Ukrayna üzrə nümayəndə təyin etdi

Rusiya və Ukrayna arasında münaqişənin həlli üzrə Çin nümayəndə heyətinin rəhbəri Pekinin Rusiyadakı keçmiş səfiri Li Hui olacaq.

Jamaz.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya departamentinin direktor müavini Yu Jun bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski ilə Çin sədri Si Tsinpin arasında keçirilən danışıqlardan sonra keçirilən mətbuat konfransında Yu Jun deyib ki, Çin nümayəndə heyətinə hökumətin Avrasiya məsələləri üzrə nümayəndəsi rəhbərlik edəcək.

O, adını açıqlamasa da, qeyd edib ki, məmurun adına internetdə rast gəlmək olar. Jurnalistlər bunun Li Hui olub-olmadığını soruşduqda, Yu Jun təsdiqləyib.

Qeyd edək ki, Ukrayna Çinə Pavel Ryabikini səfir təyin edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button