Dünya

Çin liderinin Putinə xəbərdarlıq etməsi uydurmadır – Peskov

“Çin sədri Si Tsinpinin guya Putini Ukraynada nüvə silahından istifadə etməmək barədə şəxsən xəbərdar etdiyinə dair iddialar uydurmadır”.

Jamaz.info TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, çıxışı zamanı bir sıra məsələlərə aydınlıq gətirib: “Rusiya taxıl müqaviləsi ilə bağlı qərarını vaxtında açıqlayacaq. Rusiya Federasiyasının ixracı ilə bağlı taxıl sövdələşməsinə dair razılaşmaların bir hissəsinin yerinə yetirilməsi üçün hələ vaxt var”.

“Putin və Mişustin görüşdə kadr qərarlarını müzakirə etməyib. Prezident və Baş nazir hər gün əlaqə saxlayır, daha çox belə təmaslar telefonla olur. İyulun 5-də Putin mədəniyyət naziri ilə görüşəcək. Zaporojye AES ətrafında vəziyyət kifayət qədər gərgindir, təxribat təhlükəsi böyükdür”, – Peskov qeyd edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button